“Barselona” “Nou Kamp” stadionundan xatirə əşyalarının hərracını keçirmək qərarına gəlib.
Fanat.Az xəbər verir ki, məlumatı “BeIN Sports” yayıb.
Xəbərə görə, sərgidə nümayiş etdirilən əşyalar arasında ən qiymətli lotlar həm klub əfsanələrinin, həm də komandanın hazırkı oyunçularının şkafları olub.
Hərracda ən diqqət çəkən əşyalar arasında Lionel Messinin başlanğıc qiyməti 350 min dollar olan şkafı da var.
Bu hərracla "Barselona" təkcə vəsait toplamaq deyil, həm də azarkeşləri ilə klubun zəngin tarixi arasında emosional əlaqəni gücləndirməyi qarşısına məqsəd qoyub.
Hərrac yanvarın 23-dən fevralın 13-dək keçiriləcək.
Hərracda olan ən qiymətli 10 əşya:
Lionel Messinin paltar dolabı: 350.000 dollar.
Jerar Pike və Dieqo Maradonanın şkafı: 200,000 dollar.
Ronaldinyonun şkafı: 100.000 dollar.
Neymarın şkafı: 40.000 dollar.
Qavinin şkafı: 23,000 dollar.
Luis Suaresin paltar dolabı: 20.000 dollar.
Romarionun şkafı: 20.000 dollar.
Tyerri Anrinin şkafı: 20.000 dollar
Xavinin şkafı: 20.000 dollar.
Ronald Arauxonun şkafı: 15.000 dollar.