Bakı. Trend:
Mətbuatda Azərbaycan İdman Akademiyasında (AİA) kütləviixtisarlar aparıldığı barədə məlumatlara aydınlıq gətirilib.
Azərbaycan İdman Akademiyası Mətbuat Xidmətindən Trend-ə bildirilib ki,100 nəfərin ixtisar edilməsi ilə bağlı iddia həqiqəti əksetdirmir.
O qeyd edib ki, təəssüf məlumat dəqiqləşdirilməmişictimailəşdirilib.
"Bildiyiniz kimi, Nazirlar Kabineti 13 may 2024-cü il tarixində“Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yenidəntəşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar verib vəAzərbaycan İdman Akademiyası publik hüquqi şəxsə çevrilib.
Bunu əsas tutaraq, Azərbaycan İdman Akademiyası öz təhsilstrategiyasını daha da təkmilləşdirilmək və qısa vaxt ərzindəmüasir beynəlxalq standartlara nail olmağı qarşısına hədəf olaraqqoyub. Bunun üçün bir sıra silsilə islahatların tətbiqinəbaşlanılıb.
Bir neçə mərhələdən ibarət olan islahatlara, eyni zamandaAkademiyanın inzibati heyətinin formalaşdırılması da daxildir. Beləki, hazırda Azərbaycan İdman Akademiyasının inzibati heyəti müasirtələblərə uyğun olaraq, tərəfsiz münsiflərin də iştirakı və videoqeydiyyat prosesi olmaqla, fərdi müsahibələr əsasında təşkiledilir. Müsahibəni uğurla keçənlərə müvafiq vəzifələr təklifedilir. Lakin bu proses hazırda davam edir və başa çatmamışprosesin nəticəsi barədə yalan məlumatın yayılması aparılanislahatlara kölgə salmaq və təsir göstərmək niyyətinə xidmətedir.
İnanırıq ki, tezliklə idman ictimaiyyəti Akademiyanın ölkəninidman siyasətinin tələbinə uyğun olaraq peşəkar idmanın inkişafıüçün həyata keçirmiş olduğu bu islahatlarının müsbət nəticələrininşahidi olacaq", - məlumatda qeyd olunub.