AZ

"Şamaxı" braziliyalı hücumçu ilə gücləndi

“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi hücumçu Mixael Tique Dias Santosu heyətinə qatıb.

Braziliyalı forvardla il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.

Qeyd edək ki, 31 yaşlı futbolçunun son klubu Litvanın “Hegelmann” olub.

Seçilən
1
7
fanat.az

10Mənbələr