AZ

Maykl Tuik “Şamaxı”da - Rəsmi

Litvanın “Hegelmann” klubundan azad agent kimi ayrılmış braziliyalı hücumçu Maykl Tuik bundan sonra “Şamaxı”da forma geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Şamaxı” hücumçu Maykl Tuik Dias Santosu heyətinə qatıb. Braziliyalı forvardla ilyarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.

Qeyd etdiyimiz kimi, 31 yaşlı futbolçunun sonuncu iş yeri Litvanın “Hegelmann” klubu olub. O, 2023-cü ilin yanvar ayında qoşulduğu bu komandanın heyətində 64 oyuna çıxıb, 14 qol vurub, 7 məhsuldar ötürmə verib.

Maykl Tuik daha öncə “Kauni Jalgiris”, “Riteryay”, “Famalikan”, “Jonava”, “Bney Yehuda” və “Penapolense” kimi klubların da formasını geyinib.

Xatırladaq ki, “Şamaxı” Maykl Tuikdən öncə Cəlal Hüseynov, Murad Vəliyev, Vüsal Məsimov və Andrey Kostin Tırkovyanuunu da sıralarına cəlb etmişdi.

Seçilən
5
arena.az

1Mənbələr