AZ

Tibetə 7 milyon dollara yaxın yardım ayrılıb

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin təşkilat şöbəsi zəlzələdən sonra Tibet Muxtar Rayonuna yardım üçün 50 milyon yuan ($6,8 milyon) ayırıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Məlumata görə, ayrılan vəsait zəlzələnin nəticələrinin aradan qaldırılmasına və zərər çəkmiş regionda digər zəruri işlərə yönəldiləcək.

Xatırladaq ki, yanvarın 7-də Çin-Nepal sərhədində 7,1 maqnitudalı zəlzələ baş verib. Çinin cənub-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb.

Seçilən
2
3
report.az

4Mənbələr