AZ

Tibetdə axtarış-xilasetmə işləri başa çatıb - 126 ölü, 60 mindən çox yaralı

Çinin Tibet Muxtar Bölgəsinin 60 mindən çox sakini Şiqatse bölgəsində baş verən dağıdıcı zəlzələdən zərər çəkib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tibet Muxtar Vilayətinin Fövqəladə Hallar Departamentinin rəis müavini Hao Tao brifinqdə deyib.

Hao Tao bildirib ki, yanvarın 9-u səhər saatlarına olan məlumata görə, zəlzələ nəticəsində 126 nəfər ölüb, 61500 nəfər xəsarət alıb.
 Xilasedicilər dağıntılar altından 400-dən çox sakini xilas etməyə kömək ediblər.
Fəlakət bölgəsində axtarış-xilasetmə işləri başa çatıb.

Seçilən
2
ucnoqta.az

1Mənbələr