AZ

Dnestryanı anbarlarında qaz ehtiyatları tükənir - Son 24 gün

Ukraynanın Rusiya qazının ərazisindən tranzitinə qadağa tətbiq etməsindən sonra Dnestryanı anbarlarında ehtiyatlar sürətlə azalmaqdadır. Son açıqlamalara görə, ehtiyatlar 24 gün kifayət edəcək.

Teleqraf.com The Kyiv İndependent-ə istinadən xəbər verir ki, bölgə icra hakimiyyəti başçısının müavini Sergey Obolonik Dnestryanının təkcə enerji deyil, həm də humanitar böhranla üzləşdiyini deyib: “13 milyon kubmetr qaz ehtiyatı bizə bir neçə sosial müəssisə və cəmiyyətin fəaliyyəti üçün vacibdir".

Administrasiya bundan əvvəl sakinləri qaz istehlakını azaltmaq üçün odun və sobadan istifadəyə çağırıb. Elektron qızdırıcılardan istifadənin artması, elektrik stansiyalarında qaz çatışmazlığı fonunda region elektrik enerjisi defisiti ilə üzləşib.

Son rəqəmlərə görə, Dnestryanıda 72 minə yaxın ev, 1500 hündürmərtəbəli bina istilik və isti sudan məhrumdur.

Qeyd edək ki, Rusiyanın "Qazprom" şirkəti ödənilməmiş borcu əsas gətirərək Moldovaya qaz tədarükünü dayandırdıqdan sonra Dnestryanı ölkənin enerji təhcizatında mühüm rol oynayırdı. Lakin Rəsmi Kiyevin tranzit qadağasından sonra Dnestryanı da qazsız qalıb.


Müəllif: Teleqraf.com
Seçilən
0
teleqraf.com

1Mənbələr