Çinin Tibet Muxtar Bölgəsində baş verən 6,8 bal gücündə zəlzələdən sonra 1200-dən çox yeraltı təkan qeydə alınıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətlilər zəlzələdən sonra 1200-dən çox artçı təkanın yaşandığını, ən güclü təkanın 4,4 bal gücündə olduğunu qeyd ediblər.
Qeyd edək ki, yanvarın 7-də Çinin Tibet şəhərində baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində 126 nəfər ölüb, 188 nəfər yaralanıb, 3000-dən çox tikili yararsız hala düşüb, 61 mindən çox insan bölgədən təxliyə edilib.
Cəmalə