AZ

“Şəmi”nin o yaşıl pencəyi qardaşımın nişan kostyumu idi - “Şöşü” “Ağsaqqal”dan elə şeylər danışdı ki...

- Biz Qarabağda “Bozbash Pictures” çəkməyi planlaşdırırdıq. Çünki hələ o vaxtdan xalqa söz vermişdik ki, Qarabağ azad olunsun, orada çəkəcəyik. İndi azad Qarabağı görmək qismət oldu. Sadəcə son filmimizdə bir az maddi zərərə düşdük deyə, “Bozbash Pictures”i dayandırdıq. Daha sonra hərə öz işi ilə məşğul olmağabaşladı. Bilirsiniz ki, bu yaxınlarda “Ağsaqqal” obrazını canlandıran dostumuz Azəri itirdik. Elə neçə gündür bunun şokunu yaşayırıq.

- Azərelə bir insan idi ki, öz problemini heç kimə bildirmirdi. İstəmirdi ki, kimsə pis olsun, ona əziyyət versin. Bəzən çəkilişlərdə hiss edirdik ki, qızdırması var və ya ağrıyır. Gəlirdim yanına, deyirdim, dərman gətirək. Deyirdi, yox, yaxşıyam, çəkilişə davam edək. Lap pis ağrıyanda belə kiməsə demirdi.

- Bu barədə saatlarla danışsam, yenə bitməz. Məsələn, rayonlara çəkilişə gedəndə xeyli fanatlarımız gəlirdi. Səhnə bitəndə biz hamıyla şəkil çəkdirirdik. Şəkil çəkdirəndə bir-birimizi çimdikləyirdik ki, üz formamız əyri düşsün. Bu Azərin ideyası idi. Kim Azərlə yaxın düşdüsə, bilirdi ki, çimdikləyəcək. Axı insanı çimdikləyəndə üz-gözü əyilir, əcaib formalara düşür (gülür). Hətta bir dəfə Naxçıvandan çəkilişdən qayıdanda Azər səhvən bir vəzifəli şəxsi çimdikləmişdi. Birdən həmin şəxs diksinəndə biz bildik ki, Azər səhvən onu çimdikləyib. Nicat Rəhimovun (Şirinin) başına oyun açırdıq. Azər məni yoldan çıxarırdı, plan cızırdıq.

lent.az

Seçilən
5
kanal.az

1Mənbələr