AZ

İranlı mayor Pakistanla sərhəddə öldürüldü

İranın Pakistanla sərhəd Sistan və Bəlucistan əyalətinin Mircavə bölgəsində sərhəd alayının mayoru Qaim Vəkili Mollaşahi öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə əyalətin Sərhəd Mühafizəsi Komandanılığı məlumat yayıb.

Bildirilib ki, zabit narkotik qaçaqmalçları ilə 1 saat davam edən atışma nəticəsində həlak olub.

Silahlı şəxslərin hadisə yerində 400 kq narkotik maddə, çox sayda silah-sursat qoyaraq qaçdıqları bildirilib.

Seçilən
10
2
axar.az

3Mənbələr