AZ

Rusiyadan Azərbaycana kütləvi GERİ DÖNÜŞ: "Yaxşı nəsə gözləmirik" - Bakı sakinləri

Son vaxtlar Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə nisbi gərginlik müşahidə olunur. Xatırladaq ki, 1 yanvar tarixindən etibarən Rusiyada miqrantların bir il ərzində cəmi 90 gün müvəqqəti qalmasına icazə veriləcək. Buna cavab olaraq Azərbaycan da Rusiya vətəndaşlarının ölkədə müvəqqəti qalma müddətini bir il ərzində 180 gündən 90 günə endirib.

Ümumiyyətlə, Rusiya son dövrlər miqrantlarla bağlı daha sərt qaydalar tətbiq edir. Bəs bu dəyişikliklərin səbəbi nədir? Rusiyadakı azərbaycanlıların iş həyatına və yaşayışına nə qədər təsir göstərəcək?

TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

Seçilən
1
musavat.com

1Mənbələr