SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 9 tələbəsi “Parla” təqaüd və inkişaf proqramının qalibi olub.
SİA-nın məlumatına görə, BANM-dən bildirilib ki, proqram Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding”in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib.Ümumilikdə, 791 nəfər müraciət edib, nəticədə 50 tələbə qız “Parla” təqaüd və inkişaf proqramının qalibi olub.