AZ

Yanvarın pensiyası BU TARİXDƏ ödəniləcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların ödəniş tarixi ilə bağlı açıqlama yayıb.

Titul.az xəbər verir ki, axar.az fonda sorğu ünvanlayıb. Bildirilib ki, aylıq sosial ödənişlər, o cümlədən pensiyalar, müvafiq ayın son günündə ödənilməli olduğu halda, müəyyən edilmiş qrafikə əsasən daha tez müddətlərdə bank kartlarına köçürülür:

“Əvvəlki aylarda olduğu kimi, cari və növbəti ayların pensiyaları da ay yekunlaşmadan bank kartlarına köçürüləcək. Qeyd olunanları nəzərə alaraq, hazırda müəyyən edilmiş qrafikə görə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri isə 20-28-i aralığında ödənilir.

Onu da diqqətə çatdırmaq istərdik ki, sosial ödənişlərin bank kartlarına köçürüləcəyi konkret tarixlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir.

Bildirmək istərdik ki, təcrübədə cari ayın pensiya ödənişlərinin növbəti aya keçməsinə, yəni hər hansı gecikmə halına rast gəlinməyib”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Seçilən
13
20
titul.az

10Mənbələr