"Barselona" Ansu Fatini "Betis"ə təklif edib.
İdman.biz xəbər verir ki, onun mövsümün sonuna kimi Sevilya klubunda icarə əsasında çıxışı gözlənilir.
22 yaşlı hücumçunun İspaniya Superkubokun heyətindən kənarlaşdırılması suallar yaradıb. Fatinin "Jirona" və "Valensiya"ya da təklif olunduğu xəbərləri var. Onun gedişi "Barselona"ya Dani Olmo və Pau Viktorun qeydiyyatını problemində kömək edə bilər.
Qeyd edək ki, Ansu cari mövsümdə bütün turnirlərdə 8 dəfə meydana çıxsa da, fərqlənə bilməyib.
İdman.biz