AZ

Naxçıvan şəhərinin magistral su xəttində baş vermiş qəza şəhərin bir çox ərazisini susuz qoyub

Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə küçəsindən keçen diametri 355 millimetr olan əsas magistral xəttində qəza baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, qəzaya səbəbinin boru xəttinin uzun müddət istismar edilməsi olduğu ehtimal olunur.

Borunun partlaması nəticəsində şəhərin əksər ərazilarinə suyun verilişi dayandırılıb.

Hazırda Naxçıvan Sukanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.

Naxçıvan Naxçıvan Naxçıvan Naxçıvan Naxçıvan Naxçıvan Naxçıvan Naxçıvan Naxçıvan
Seçilən
10
2
apa.az

10Mənbələr