1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
"Azərbaycanlıların qayıdışı məsələsi qapalı görüşdə razılaşdırılıb" adlı süjetdə 2025-ci ildə "Azərbaycan-Ermənistan danışıqlarında sülh sazişini imzalamaq mümkün olacaqmı" sualına aydınlıq gətirilib.
Bildirilib ki, bu sual yeni ilin əsas müzakirə mövzularından biridir: "Tərəflər arasındakı ziddiyyətli məqamlara nəzər yetirdikdə, yekun sülh sazişinin imzalanmasının asan olmayacağı fikri güclənir. Lakin tərəflər ilkin razılaşma kimi sülh sazişinə dair çərçivə sazişi, yaxud niyyət protokolu imzalaya, bununla sülh danışıqlarına sadiq olduqlarını nümayiş etdirə bilərlər".
Süjetdə, 17 maddəlik sülh sazişinin razılaşdırılmayan iki bəndindən - beynəlxalq iddialardan qarşılıqlı şəkildə imtina edilməsi və üçüncü ölkələrin qüvvələrinin sərhəddən çıxarılmasından, eləcə də Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Konstitusiyasının dəyişdirilməsi, de-fakto mövcud olmayan ATƏT-in Minsk qrupunun de-yure ləğv edilməsindən də bəhs olunub.
Qeyd olunub ki, bu məsələlər müzakirə masasındadır, çünki Prezident İlham Əliyev tərəfindən azərbaycanlıların qayıdışı məsələsi tələb olaraq dəfələrlə irəli sürülüb və rəsmi Bakının əsas istəyi İrəvanın Qərbi Azərbaycan İcması ilə dialoqa başlamasıdır.
Diqqətə çatdırılıb ki, Ermənistan mediasında razılaşdırılmış maddələrlə bağlı müxtəlif fikirlər irəli sürülur. "Hraparak" nəşri yazır ki, sülh sazişi mətnində razılaşdırılmış maddələrə demokratiya, insan haqlarının qorunması, ətraf mühitin mühafizə edilməsi kimi məsələlər daxildir. Maddələrdən biri də 300 min azərbaycanlının öz tarixi yurdlarına - Qərbi Azərbaycana (Ermənistana) qayıdışına zəmin yaradır. Paşinyan Əliyev ilə bu məsələni bir neçə dəfə müzakirə edib.
Keçmiş səfir Cyunik Ağacanyan isə iddia edir ki, azərbaycanlıların qayıdışı məsələsi hələ 2022-ci ildə Praqa görüşündən sonra razılaşdırılıb.
Sonda vurğulanıb ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terrorçularının qarşısında çıxışı zamanı dediyi "azərbaycanlıları qovmasaydılar, Ermənistan dövləti olmayacaqdı" fikri soydaşlarımızın öz tarixi yurdlarında etnik təmizləməyə və deportasiyaya məruz qalmasının etirafı deməkdir. Təbii ki, rəsmi Bakı bu etirafdan həm danışıqlarda, həm də beynəlxalq müstəvidə istifadə edəcək. Çünki tarixi torpaqlara qayıdış günümüzün reallığıdır və böyük qayıdış mütləq baş verəcək".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə: