Naxçıvan şəhərinin əksər ərazilərinə suyun verilişi dayandırılıb.
Publika.az xəbər verir ki, şəhərin Cəlil Məmmədquluzadə küçəsindən keçən diametri 355 millimetr olan əsas magistral xətdə qəza baş verib.
Qəzaya səbəb kimi boru xəttinin uzun müddət istismar edilməsi ehtimal olunur.