Bakı. Trend:
Monteneqronun Çetinye şəhərində kafedə baş verən silahlıinsident nəticəsində ölənlərin sayı 14-ə yüksəlib.
Trend xəbər verirki, bu barədə Monteneqronun Podqoritsadakı Kliniki Mərkəzi (KCCG)məlumat yayıb.
Mərkəzin açıqlamasına görə, 1985-ci il təvəllüdlü bir şəxsaldığı ağır xəsarətlər səbəbindən xəstəxanaya yerləşdirildikdənsonra həyatını itirib.
Bildirilir ki, 48 yaşlı digər zərərçəkən əməliyyat olunsa da,iki gün ərzində vəziyyətində yaxşılaşma qeydə alınmışdı. Lakinqəfil vəziyyəti pisləşib, yaranan ağırlaşmalar ölümlənəticələnib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.