AZ

Təbii fəlakət itkilərinin miqyasına görə 2024-cü il ən bahalı üçüncü il olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Daşqınlar, zəlzələlər, qasırğalar və digər təbii fəlakətlər 2024-cü ildə dünya üzrə 320 milyard dollar maddi ziyana səbəb olub.

Banco.az xəbər verir ki, Almaniyanın təkrarsığorta şirkəti “Munich Re” tərəfindən açıqlanan illik təbii fəlakətlər hesabatına görə, ötən il təbii fəlakətlər dünya üzrə 140 milyard dolları sığortalı olmaqla, 320 milyard dollarlıq qlobal iqtisadi itkiyə səbəb olub.

“Munich Re”nin geoloqlarının hesablamalarına görə, bu rəqəmlər əvvəlki illərin inflyasiyaya uyğunlaşdırılmış orta göstəricilərindən xeyli yüksəkdir. İllik itkilərin 30 illik ortalaması 181 milyard dollar, 10 illik ortalaması isə 236 milyard dollar səviyyəsindədir.

Hesabatda bildirilib: “Sığortalı itkilər baxımından 2024-cü il ən bahalı üçüncü il olub. Ümumi itkilər baxımından isə ötən il 1980-ci ildən bəri itki miqyasında beşinci yeri tutub.”

Daşqınlar, meşə yanğınları və güclü fırtınalar kimi şiddəti az olan fəlakətlərdən yaranan itkilərin ümumi həcmi keçən il 136 milyard dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
8
banco.az

1Mənbələr