AZ

Tramp və Obama bəzi məsələləri müzakirə ediblər

Ağ Evin seçilmiş rəhbəri Donald Tramp Amerikanın keçmiş prezidenti Cimmi Karterlə vida mərasimi zamanı keçmiş ABŞ lideri Barak Obamaya bəzi məsələləri müzakirə etmək üçün sakit yer tapmağı təklif edib...

Poliqon xəbər verir ki, bunu “New York Post” nəşrinə dodaq oxuma üzrə mütəxəssis Ceremi Friman deyib.

Friman hesab edir ki, Tramp və Obama beynəlxalq müqavilələri müzakirə ediblər, lakin hansı müqavilələr olduğu bilinmir.

Ekspertin sözlərinə görə, ABŞ-ın seçilmiş prezidenti Obamaya tərəf əyilib və pis şərtlərə görə müəyyən razılaşmadan imtina etdiyini bildirib.

Poliqon.info

Seçilən
10
1
poliqon.info

2Mənbələr