Türkiyə Suriyada PKK varlığına son qoymağa çalışır, regional şərait məsələnin qısa müddətdə həllinə şərait yaradır.
Modern.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp son açqılamasında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı tərifləsə də, amerikalı hərbçilərin Suriyanı tərk etməsi məsələsində birmənalı fikir bildirməyib, hərbçilərlə məsləhətləşəcəyinə işarə edib:
“Bu o deməkdir ki, Tramp Ağ Evə yerləşdikdən sonra amerikalı hərbçilərin Suriyanı tərk edib-etməməsi məsələsində Pentaqonun rəyinə əsaslanacaq. Pentaqon generalları isə İŞİD-lə mübarizə adı altında Suriyadakı PKK/YPG terrorçularına dəstəyin davam etdirilməsinin tərəfdarıdırlar. Yəni Suriya məsələsində Trampa etibar etmək olmaz. Ona görə də Ankara Trampın andiçmə mərasiminə qədər PKK-nı Suriya ərazisindən sıxışdırmağa və bununla terrorçuların manevr imkanlarını məhdudlaşdırmağa çalışacaq”.
Qeyd edək ki, Trampın andiçmə mərasimi 10 gün sonra, yanvarın 20-dədir.