AZ

Türkiyədə noyabrda işsizlik səviyyəsi azalıb

Türkiyə Statistika Təşkilatı (TÜİK) 2024-cü ilin noyabr ayı üzrə işçi qüvvəsi statistikasını açıqlayıb.

Marja xəbər verir ki, noyabr ayında ölkədə işsizlik nisbəti 8,6%-ə geriləyib. Oktyabrda işsizlik səviyyəsi 8,7 faiz təşkil etmişdi. İşsizlik səviyyəsi kişilər üzrə 7 faiz, qadınlar üzrə isə 11,7 faiz olub. 

İşsizlərin sayı 2024-cü ilin noyabr ayında əvvəlki ayla müqayisədə 84 min nəfər azalaraq 3 milyon 72 min nəfərə düşüb.

Gənclər arasında işsizlik azalıb

15-24 yaş qrupunu əhatə edən gənc əhali arasında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 0,5 bənd azalaraq 15,8 faizə düşüb. Bu yaş qrupunda işsizlik səviyyəsi; Kişilərdə 11,9 faiz, qadınlarda isə 23 faiz olub.

Məşğulluq 32,7 milyon nəfəri ötüb

Məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 168 min nəfər azalaraq 32 milyon 748 min nəfərə, məşğulluq səviyyəsi isə 0,2 bənd azalaraq 49,6 faizə düşüb. Bu göstərici kişilərdə 67,1 faiz, qadınlarda isə 32,4 faiz təşkil edib.

Noyabrda işçi qüvvəsi əvvəlki ayla müqayisədə 252 min nəfər azalaraq 35 milyon 820 min nəfərə geriləyib.

Seçilən
1
marja.az

1Mənbələr