AZ

Oleq Bakinskinin cinayət işində FSB izi - Görüşü Füzuli Musayev təşkil edibmiş

Bakı Ağır Cinayətlər Məhkəməsində Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivinin cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçiriləcək.

"Unikal"ın məlumatına görə, Oleq Bakinski ilə bərabər Konstantin Antonoviç Kuçer də hakim qarşısına çıxarılacaq. Məhkəmə prosesi hakim Elnur Nuriyevin sədrliyi ilə araşdırılacaq.

Oleq Bakinski az ağır xəsarət yetirmə, xuliqanlıq, Konstantin Kuçer isə xuliqanlıq və dələduzluq maddələri ilə ittiham olunurlar. 

Hadisənin motivinə gəldikdə isə zərərçəkən kimi tanınan Valeriy Zaxarenkonun lisenziyası ləğv edilmiş "Günay Bank"da bir neçə milyon avro pulu olub. Həmin pulu götürmək üçün Rusiya FSB-nin əməkdaşı olan Valeriy Zaxarenko Bakıya gəlib, ancaq bank bağlandığından həmin pulları bankdan çıxarmaq problem olub. Belə ki, bu problemi yoluna qoymaq üçün Oleq Bakinski, Antoniviç Kuçer ilə Valeriy Zaxarenkonun görüşü təşkil olunub. Görüşü işə hazırda FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev təşkil edib. 

Onların görüşü Xətai rayonunda yerləşən Babək Plazada baş tutub. Ancaq Füzuli Musayev özü həmin görüşdə iştirak etməyib. Görüş zamanı tərəflər ortaq məxrəcə gələ bilməyiblər və  aralarında mübahisə düşüb. Oleq Bakinski şüşə butulkası ilə Zaxarenkoya xəsarət yetirib. Bundan sonra Zaxarenkoya tibbi yardım göstərmək üçün Yeni Klinikaya aparıblar.

Seymur Əli

Seçilən
11
1
unikal.az

2Mənbələr