Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşündən daha bir video yayılıb.
Bizim.Media xəbər verir ki, sözügedən videonu erməni bloger Albert İsakov “Youtube” hesabında paylaşıb.
Belə ki, videoda Ermənistanın həmin dövrdə müdafiə naziri olmuş Vazgen Sarkisyanın fikirləri diqqət çəkib.
Sarkisyan Ter-Petrosyanın çıxışının qalmaqallı mahiyyətini anlayaraq, həmin görüşlə bağlı məlumatların mətbuata açıqlanmasını qadağan edib.
Xatırladaq ki, 1993-cü ildə baş tutan həmin görüşlə bağlı ilk video ötən həftə üzə çıxıb. Həmin görüşdə çıxış edən Ter-Petrosyan 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu xatırladıb. Ermənistanın birinci prezidenti etiraf edib ki, azərbaycanlıların qovulması Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən erməni şovinistlərinin siyasətinin tərkib hissəsi olub.
Ter-Petrosyan “Yerkrapa” tərəfindən azərbaycanlılara qarşı törədilən cinayətlərdən də qürurla bəhs edib.
Bu fakt isə Ermənistan rəhbərliyinin həyata keçirdiyi etnik təmizləmə siyasətinin daha bir sübutudur.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta