AZ

Çin Tibetə 743 min ton yardım göndərib

Çin Tibetdə zəlzələ baş vermiş əraziyə 743 min ton yardım göndərib.

"Operativ Media" xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.

Nazirlik bütün resursların zəlzələ bölgəsində yerli əhalinin gündəlik ehtiyaclarını ödəmək üçün ticarət idarələri tərəfindən səfərbər edildiyini açıqlayıb.

Bildirilib ki, indiyədək zəlzələnin baş verdiyi əraziyə 743 min ton taxıl, zeytun yağı, ət və tərəvəz kimi ilkin tələbat ödəyən ərzaq məhsulları göndərilib.

Eyni zamanda 3600 dondurulmuş ət və 2250 ton çay zəlzələ bölgəsinə göndərilib.

Seçilən
4
operativmedia.az

1Mənbələr