Estoniya Daxili İşlər Nazirliyi ölkədə Moskva Patriarxlığının Eston Pravoslav Kilsəsinin (EOK) fəaliyyətinə xitam verilməsinə dair qanun layihəsi üzərində işləyir. Bu barədə respublikanın televiziya və radio yayım portalı xəbər verir.
“Mövcud planlara görə, parlament qanunu apreldə qəbul edə bilər”, - deyə məlumatda bildirilir.
Estoniyanın daxili işlər naziri Lauri Lyanemetsa bəyan edib ki, Eston Pravoslav Kilsəsi Rusiya və Kremlin Estoniyada ən böyük təsir alətidir.
Ülviyyə, Hurriyyet.az