Burun əməliyyatı etdirdikdən bir neçə gün sonra komaya düşən 30 yaşlı Nəzrin Mansurovanın hazırkı durumu açıqlanıb.
Bu barədə Bizim.Media-ya xəstənin yerləşdirildiyi “Liv Bona Dea” hospitalının Reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Təranə Göyüşova məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda gənc qız məşhur həkimin etdiyi burun əməliyyatından sonra komaya düşdü – VİDEO
O bildirib ki, xəstə süni-tənəffüs aparatına qoşulub:
“Xəstə Nəzrin Mansurova 5 yanvar tarixində “Liv Bona Dea” hospitalın reanimasiya şöbəsinə kritik vəziyyətdə daxil olub. Hazırda vəziyyəti ağır olaraq davam edir. Xəstə süni-tənəffüs aparatına qoşulub, intensiv müaicə və müşahidə davam etdirilir”.
Xatırladaq ki, Nəzrin Mansurova yanvar ayının 3-də “Mərcan” klinikasında burun əməliyyatı elətdirib. Əməliyaytı Sənan Mehdiyev adlı həkim icra edib. Yanvarda evə buraxılan xanım bir gün sonra ağır vəziyyətdə ““Liv Bona Dea” hospitalına yerləşdirilib.
Qeyd edək ki, bu, cərrah S.Mehdiyevlə bağlı ilk hadisə deyil. 2015-ci ilin martında həmin həkimin əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova klinikada vəfat etmişdi.
Ailəsinin uzun müddət davam edən şikayətlərindən sonra hadisə araşdırıldı və S.Mehdiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edildi. Lakin onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzləndi və cəzası çəkilmiş hesab olundu.
Günay Şahmar, Bizim.Media