AZ

Paytaxtda xüsusi zolaqların ümumi uzunluğu 100 km-dən çoxdur - Nazir müavini

Bakı.Trend:

Bakıda mobilliyin transformasiyası çərçivəsində görülən işlərinməqsədi vətəndaşların rahatlığı və təhlükəsizliyini təmin etməkdir.Bu proses səmərəli ictimai nəqliyyat sisteminin formalaşması,infrastrukturun yaradılması və yenilənməsini nəzərdə tutur.İslahatlar kompleks şəkildə aparılır.

Trend xəbər verir ki, bunu bu gün "Nəqliyyatsahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci ilüçün planlar" barədə mətbuat konfransında rəqəmsal inkişaf vənəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O bildirib ki, mühim dəyişikliklərdən biri paytaxt küçələrindəxüsusi hərəkət zolaqlarının yaradılmasıdır.

"Aparılan monitorinqlərin nəticəsinə əsasən, avtobuslarınmarşrut üzrə gediş vaxtı bəzi küçələrdə 18-22 dəqiqəyə qədərazalıb, əksər hallarda interval qısalıb, sərnişinlərin sayı isəəhəmiyyətli dərəcədə artıb. Hazırda ümumi uzunluğu 100 km-dən çoxolan xüsusi zolaqlar paytaxtın 30-dan çox küçə və prospektini əhatəedir. Bu zolaqlarla hərəkət edən avtobuslarla gün ərzində 900 minəyaxın sərnişin daşınır. Xüsusi zolaqların təşkili prosesi davamedir", - deyə o qeyd edib.

Məqalədə:
Seçilən
3
az.trend.az

1Mənbələr