AZ

ABŞ-ın keçmiş prezidenti Karterin dəfn mərasimi: Bütün prezidentlər iştirak etdi

2024-cü il dekabrın 29-da 100 yaşında vəfat edən keçmiş prezident Cimmi Karter üçün ABŞ-da möhtəşəm dəfn mərasimi keçirilib.

Turkustan.az xəbər verir ki, Karterin cənazəsi səhər saatlarında doğulduğu Corciyadan Vaşinqtona gətirilib və Konqres binasında 2 gün ziyarətçilərə açıq olub.

Dəfn mərasimində hazırkı prezident Bayden, yeni seçilmiş prezident Tramp və bir sıra keçmiş prezidentlər iştirak ediblər.

Amerika televiziyasında canlı yayımlanan dövlət dəfn mərasimində Karter üçün dualar oxunub, müxtəlif çıxışlar edilib.

Prezident Bayden deyib ki, Karterin siyasət anlayışı dünyaya xidmət etmək və onu formalaşdırmaq üçün mübarizə anlayışına əsaslanır.

"Cimmi Karterin həyat hekayəsi susuz və işıqsız olan bir evdən çıxan və gücün zirvəsinə yüksələn bir insanın hekayəsidir."

Digər tərəfdən, mərasimdə yan-yana oturan Tramp və Obamanın qısaca söhbət etdiyi, Trampın bəzi sözlərindən sonra Obamanın güldüyü anlar da kameralara düşüb.

Bununla belə, 2024-cü il prezident seçkilərində Trampa qarşı uduzan vitse-prezident Kamala Harrisin keçmiş prezidentlərlə salamlaşmadan əyləşməsi diqqət çəkib.

Tramp mərasimdən əvvəl 2020-ci il prezident seçkilərində uduzduqdan sonra ciddi ittihamlarla ittiham etdiyi öz vitse-prezidenti Penslə əl sıxıb.

Mərasimdən sonra Karterin cənazəsi doğulduğu Corciyaya aparılıb.

On minlərlə amerikalı 1977-1981-ci illərdə prezident olmuş və iflasa uğrayan iqtisadiyyatın və İranın girov böhranının ağır yükünü daşıyan Karterə ehtiramlarını bildirmək üçün ABŞ Kapitoliyasına axışıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
0
turkustan.az

1Mənbələr