Berlin Ukraynaya 2 ədəd “Patriot” hava hücumundan müdafiə sistemi və 200 hərbi qulluqçu göndərəcək.
Yenisabah.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.
Almaniyalı hərbçilər 6 aylıq müddət ərzində Polşa ərazisində ukraynalı həmkarlarına təlim keçəcək. Hərbi yardım paketində 13 ədəd “Flankpanzer” tankları da yer alacaq.
Avropanın ən güclü 2-ci hərbi gücü olaraq Almaniya Ukraynaya intensiv hərbi və humanitar dəstək verir. Moskva bir neçə dəfə bu məsələdə Berlinə ciddi xəbərdarlıq edib.
Telegram kanalımız