AZ

Vüqar Bayramov: "Yeni vergi dəyişiklikləri mənzillərin qiymətinin azalmasına şərait yarada bilər"

Deputat Vüqar Bayramov, tikinti sahəsində son dəyişikliklərin mənzillərin qiymətinə müsbət təsir göstərə biləcəyini bildirib.

QHT.az xəbər verir ki, deputat qeyd edib ki, yeni vergi mexanizmləri inşaat şirkətlərinin vergi yükünü azaldacaq və bu da öz növbəsində inşa edilən binalardakı qiymətlərin daha optimal şəkildə müəyyənləşdirilməsinə imkan yaradacaq. V.Bayramov, xüsusilə inşası tam başa çatmayan mənzillər üzrə qiymətlərin azalmasının gözlənildiyini vurğulayıb.

"Yeni dəyişlik inşaat şirkətlərinin mənfəət vergisi üzrə yükünün azalmasına imkan verəcək. Belə ki, gəlirlərə satılan mənzilin müqavilə üzrə tam dəyəri deyil, faktiki göstəricilər daxil ediləcək. Anlaşıqlı olması üçün bu nümunəyə nəzərə salaq: mənzilin qiyməti 150 min manatdırsa, işin yerinə yetirilmə həcmi isə 90 min manat olubsa, o zaman 90 min manat gəlir bəyan ediləcək. Yəni, bəyan edilən gəlir əvvəllər olduğu kimi 150 min manat deyil, 90 min manat olacaq".

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
1
qht.az

1Mənbələr