Taylandda ispan turist Blanca Ojanguren Garcia getdiyi heyvan parkında filin qurbanı olub.
“Cebheinfo.az” xəbər verir ki, o, sevgilisi ilə getdiyi “Koh Yao” adlı əyləncə məkanında fil vannası qəbul edib.
45 yaşlı dişi fil Phang Somboon 22 yaşlı turisti xortumu ilə itələyib və gənc qadın başından aldığı xəsarətdən sonra dünyasını dəyişib.
İspaniyanın Navarra Universitetinin hüquq və beynəlxalq münasibətlər tələbəsi olan Blanca Ojanguren Garcia tələbə mübadiləsi proqramı çərçivəsində Tayvanda yaşayırdı.
Səlahiyyətlilərin bəyanatında deyilir ki, 38 yaşlı Theerayut Inthaphudkij "ölümə səbəb olan səhlənkarlıq" maddəsi ilə ittiham olunub.
Digər tərəfdən hadisədən sonra heyvan aktivistləri fil vannası əyləncəsinə reaksiya göstəriblər.
Fəallar bildiriblər ki, fil vannası təbii baxım davranışlarını pozur və heyvanları lazımsız stressə məruz qoyur.