Bakı. Trend:
13 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Xariciİşlər Nazirliyi ilə Küveyt Dövlətinin Xarici İşlər Nazirliyiarasında siyasi məsləhətləşmələrin 1-ci raundu keçirilib.
Trend xəbərverir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindənxarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Küveyt tərəfindənisə xarici işlər nazirinin müavini Şeyx Carrah Cabir əl-Əhmədəl-Sabah rəhbərlik edib.
Məsləhətləşmələr zamanı ikitərəfli siyasi, iqtisadi, enerji,kənd təsərrüfatı, turizm, təhsil, humanitar və digər sahələrdəəlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərinədair geniş fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, çoxtərəfli formatda, xüsusilə beynəlxalqtəşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı vəQoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı əməkdaşlığıngenişləndirilməsi imkanları müzakirə edilib, BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin 29-cu Konfransı(COP) çərçivəsində qarşılıqlı əlaqələndirmə və əməkdaşlıq yüksəkqiymətləndirilib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional vəbeynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.
Səfər zamanı Yalçın Rəfiyev Küveyt Dövlətinin ticarət və sənayenaziri Xəlifə əl-Əcil və Küveyt Birbaşa İnvestisiya TəşviqiQurumunun Baş Direktoru Şeyx Dr. Məşəl Cabir əl-Əhməd əl-Sabah iləgörüşüb. Görüşdə cari ilin aprel ayında keçirilməsi nəzərdə tutulanAzərbaycan və Küveyt arasında Hökumətlərarası Birgə Komissiyanınnövbəti iclasına hazırlıq, eləcə də qarşılıqlı ticarətmissiyalarının və biznes forumların təşkil edilməsi məsələlərimüzakirə edilib.
Həmçinin nazir müavini Küveytə səfəri çərçivəsində Körfəz vəƏrəbistan Yarımadası Araşdırmaları Mərkəzini (Center for the Gulfand Arabian Peninsula Studies) ziyarət edib və Mərkəzin idarəheyətinin üzvü səfir Əbdüləziz Əbdüllətif əl-Şarix ilə birlikdəMərkəzin rəhbər və tədqiqatçı heyətinə Azərbaycanın xarici siyasətivə regional mövzulara dair geniş təqdimat edib. Nazir müaviniAzərbaycan-Küveyt əməkdaşlığının gələcək inkişaf perspektivlərindənbəhs edərək, ölkəmizin xarici siyasət prioritetləri, regional vəqlobal məsələlərə dair baxışları, eləcə də Ermənistan-Azərbaycanpost-münaqişə dövrü normallaşma prosesi və işğaldan azad edilmişAzərbaycan ərazilərində aparılan bərpa və yenidənqurma işləribarədə dinləyiciləri məlumatlandırıb.
Nazir müavini, eyni zamanda Küveyt Dövlət Universitetində təhsilalan azərbaycanlı tələbələrlə görüşüb və onların təhsil şəraiti iləmaraqlanıb.