Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələri Suriyanın şimal-qərbindəki Latakiyaəyalətinin Qardahi yaşayış məntəqəsi yaxınlığındakı silah anbarınazərbələr endirib.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuatxidməti bildirib.
Məlumata əsasən, həmin obyekt keçmiş prezident Bəşər Əsəddövründə Suriya silahlı qüvvələrinin istifadə etdiyi silahlarınsaxlanması üçün nəzərdə tutulub.
"Bir müddət əvvəl İsrail Müdafiə Ordusu Suriyanın Qardahibölgəsində əvvəlki Suriya rejiminə məxsus silahların saxlandığıhərbi obyektə zərbələr endirib", - deyə bildirilib.