AFFA 20 məşqçiyə D kateqoriyalı lisenziya verib. 

Offsideplus.az xəbər verir ki, bununla bağlı AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində müvafiq kurslar keçirilib. 

AFFA-nın təçkilatçılığı, UEFA-nın dəstəyi ilə gerçəkləşən 3 günlük təlimə bu gün yekun vurulub. Kursun sonunda iştirakçılar lisenziyalar əldə ediblər. Onlara lisenziyaları Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə təqbim ediblər.

Qeyd edək ki, D lisenziyası peşəkar futbolda ən aşağı dərəcəyə malik məşqçi kateqoriyası sayılır.