AZ

Trampın qərarı Ukrayna ordusuna necə təsir edəcək? - Əsas ziyan dəyən sahələr açıqlandı

ABŞ-nin Ukraynaya yardımı dayandırmaq qərarı ilk növbədə Ukrayna ordusu üçün hava hücumundan müdafiə raketləri və artilleriya sursatlarının tədarükünə təsir edəcək.

“AzPolitika” xəbər verir ki, Bu barədə “Amerikanın Səsi”nin jurnalisti Ostap Yariş sosial şəbəkədə yazıb.

"Görünür, fasilə bütün planlaşdırılan, lakin hələ tamamlanmamış tədarüklərə də təsir edəcək, xüsusən də USAI-nin uzunmüddətli dəstək proqramı çərçivəsində. Əgər Bayden administrasiyasının son açıqlamalarına baxsanız, burada ilk növbədə söhbət hava hücumundan müdafiə raketləri, HIMARS üçün döyüş sursatı və artilleriyadan gedir”, - Yariş qeyd edib.

O, həmçinin xatırladıb ki, Donald Tramp sonuncu dəfə 2019-cu ildə Ukraynaya silah tədarükünün dayandırıldığını elan edəndən sonra bu, Nümayəndələr Palatasındakı demokratların ona impiçment elan etməsinə səbəb olub. Lakin Senat sonradan impiçmenti təsdiqləmədi.

Artıq Amerika rəsmiləri və ekspertlərinin də qeyd etdiyi kimi, Ukrayna Amerika yardımının dayandırılmasının nəticələrini dərhal hiss etməyəcək. Müxtəlif fikirlərə görə, bu qərarın ziyanlı təsiri bir neçə həftə, bəlkə də aylar sonra görünəcək. Lakin istənilən halda, belə bir qərar Ukrayna üçün çox təhlükəlidir və hətta illər sonra da Ukraynanın hərbi gücünə təsir edəcək.

“AzPolitika.info”

Seçilən
79
azpolitika.info

1Mənbələr