AZ

Ötən il dünyanın 100 ən iri hərbi sənaye şirkəti istehsalı 3,5% artırıb

2022-ci ildə dünyanın 100 ən iri hərbi sənaye şirkəti istehsalı 3,5% artırıb.

“Report” xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutunun (SIPRI) yeni araşdırmasının nəticələri belədir.

Tədqiqatçılar Asiya, Okeaniya və Yaxın Şərqdə hərbi-sənaye kompleksi şirkətlərinin gəlirlərinin əhəmiyyətli dərəcədə artdığını, ABŞ və Avropa İttifaqında isə azaldığını bildiriblər.

Qeyd olunub ki, Amerika hərbi-sənaye kompleksinin 100 aparıcı şirkətindən 42-nin gəliri 2022-ci ildə 7,9% azalaraq 302 milyard dollar təşkil edib.

Bir çox ABŞ və Avropa silah şirkətləri Ukrayna müharibəsi ilə daha da şiddətlənən işçi qüvvəsi çatışmazlığı, artan xərclər və tədarük zəncirinin pozulması səbəbindən istehsal gücünü əhəmiyyətli dərəcədə yüksəldə bilməyib.

Qeyd olunub ki, dünyada silaha artan tələbat fonunda onların istehsalı qeyri-kafi olaraq qalır. Sifarişlərin çoxluğu və yeni müqavilələrin artması qlobal müdafiə sektorunun gəlirlərinin növbəti bir neçə il ərzində əhəmiyyətli dərəcədə arta biləcəyini göstərir.

phrase_var_article.chosen
449
2
azpolitika.info

10phrase_var_article.sources