AZ

Zelenski ilə məxfi görüş keçirilib

Hurriyyet.az xəbər verir ki, CNN telekanalı mənbələrə istinadla ABŞ Prezidenti Donald Trampın təmsilçilərinin Ukrayna Prezidenti Vladimir Zelenski ilə gizli görüş keçirdiklərini bəyan edib.

Xəbərdə amerikalı məmurların görüş zamanı Vaşinqton ilə münasibətlərin tezliklə sabitləşməsinin əhəmiyyətini vurğuladıqları, Kiyevi danışıqları bərpa etməyə çağırdıqları qeyd edilir. Kanala məlumat verən mənbə məxfi danışıqlarda iştirak edən amerikalı məmurlardan birinin Trampın Ukrayna və Rusiya məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kelloq olduğunu bildirib.

Hürr Tərcüman

 

Seçilən
48
hurriyyet.az

1Mənbələr