AZ

Lavrovdan Makronla bağlıxəbərdarlıq

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, Fransa Prezidenti Emmanuel Makronun öz reputasiyasını qorumaq üçün düşünülməmiş və riskli addımlar ata biləcəyini bildirib.

Redaktor.az bu barədə TASS-a istinadla məlumat verir.

Lavrov bu açıqlamanı Zimbabvenin Xarici İşlər Naziri Amon Murvira ilə keçirdiyi danışıqlardan sonra mətbuat konfransında verib.

O, NATO və Avropa İttifaqı daxilindəki ağıllı səsləri qeyd edərək, Makronun Fransa daxilindəki siyasi vəziyyətini düzəltmək məqsədilə yanlış və düşünülməmiş hərəkətlərə müraciət edə biləcəyinə işarə edib.

Diplomat, Fransa prezidentinin öz nüfuzunu qorumaq üçün belə bir yola baş vura biləcəyini və bunun potensial təhlükələr yaradacağını vurğulayıb.

Aytəkin TOFİQQIZI

Seçilən
52
redaktor.az

1Mənbələr