AZ

Bethovenin xəstəliyi nə imiş?

Alimlər aşkar ediblər ki, Lüdviq van Bethovenin səhhəti qurğuşun zəhərlənməsi səbəbindən pisləşə bilərdi.

Publika.az xəbər verir ki, bu barədə ZDF telekanalı məlumat yayıb.

Bildirilir ki, onun saçlarının analizi metal konsentrasiyalarının standartlardan xeyli yüksək olduğunu göstərib.

Bəstəkar ciddi həzm problemlərindən və karlıqdan əziyyət çəkirdi, lakin onun xəstəliklərinin səbəbləri 200 ildən artıqdır ki, sirr olaraq qalır. Tədqiqatçılar Bethovenin saçının iki orijinal telini kimyəvi analiz üçün azot turşusunda həll edərək araşdırıblar. Nəticələr təsdiqləyib ki, onun bədənindəki qurğuşun səviyyəsi xəstəliklərinin inkişafına səbəb ola bilər.

Tarixçilər qeyd edirlər ki, 19-cu əsrdə qurğuşun gündəlik həyatda və içkilərdə, o cümlədən Bethovenin gündəlik içdiyi ucuz şərablarda geniş istifadə olunurdu. Bu, zəhərli metalın yığılmasına və onun vəziyyətinin pisləşməsinə səbəb ola bilər. Lakin alimlər bəstəkarın karlığına səbəb kimi qurğuşunun olmasına əmin deyillər, çünki eşitmə problemlərinin ilk əlamətləri onun 27 yaşında ikən yaranıb.

Seçilən
24
publika.az

1Mənbələr