FİFA 32 komandanın iştirakı ilə keçiriləcək Klublararası Dünya Kubokunun mükafatını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, ali futbol qurumu turnirə ümumilikdə 1 milyard dollar mükafat ayırıb. Yarışın qalibi 100 milyon dollar qazanacaq.
Xatırladaq ki, Klublararası Dünya Kuboku iyunun 14-dən iyulun 13-dək davam edəcək. Turnir ABŞ-ın 11 şəhərində keçiriləcək.