AZ

Yeni klubunda qol hesabını açdı

Serxio Ramos yeni klubunda ilk sevincini yaşayıb.

Dünya şöhrətli futbolçu “Monterrey”də qol hesabını açıb.

İspaniyalı müdafiəçi Meksika klubunda martın 3-də ilk qolunu vurub. 38 yaşlı futbolçu ölkə çempionatının 10-cu turunun “Santos Laquna” ilə oyununda qapıya yol tapıb. Ramos 57-ci dəqiqədə qol vurmaqla “Monterrey”in 4:2 hesablı qələbəsində pay sahibi olub.

Xatırladaq ki, dünya və Avropa çempionu olan Ramos Meksika klubuna fevralın əvvəlində azad agent kimi keçib. O, bundan əvvəl “Sevilya”, “Real” və PSJ-nin formasını geyib.

Seçilən
33
football-plus.az

1Mənbələr