AZ

Türkiyədən idxal olunan bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb (FOTO)

Bakı. Trend:

“MEDAY” MMC-nin Türkiyədən idxal etdiyi “Vitamin Qrup İlaçMakine Kozmetik Bitkisel Ve Tarım Ürünleri Gıda Turizm Ltd Şti.”müəssisəsinin istehsalı olan 3840 qutu “Herbalfarma Medexsper,Kapsul N30” əmtəə nişanlı bioloji aktiv qida məhsulu(25.04.2024-25.04.2027-ci il istehsal tarixli, 240425 partiyanömrəli) partiyasından AQTA əməkdaşları tərəfindən nümunələrgötürülərək müayinələrə cəlb olunub.

Trend xəbər verir ki, bu barədə Azərbaycan QidaTəhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, sınaq nəticəsinə əsasən, məhsulun tərkibindəVitamin E və Sink Qlükonatın miqdarının normativlərə uyğun olmadığımüəyyən edilib.

"Faktla bağlı qanunvericiliyə uyğun qərar qəbul edilərək məhsulpartiyası məhv edilib",- məlumatda qeyd edilib.

Türkiyədən
Türkiyədən
Məqalədə:
Seçilən
15
5
az.trend.az

7Mənbələr