AZ

Ançelotti: “Oyunun son hissəsi azarkeşlərin xoşuna gəlmədi”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 27-ci turunun “Rayo Valyekano” ilə ev oyununda 2:1 hesablı qələbəni şərh edib.

Arena.az “Real”ın rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz özümüzü yaxşı hiss edirik, çünki məqsədimiz xallar toplamaq idi. Bizim birinci hissəmiz 3:0 hesabı ilə başa çata bilərdi, amma biz onu 2:1 hesabı ilə başa vurduq. İkinci hissədə hər şey daha mürəkkəb oldu. İkinci hissədə bizim iki və ya üç fürsətimiz vardı. Oyunun son kəsimində isə bizim bircə yolumuz qalırdı: yaxşı müdafiə olunmaq və fəsadlardan qaçmaq. Biz yaxşı müdafiə olunur və çətinliklərdən yayınırdıq, amma mən başa düşürəm ki, oyunun son hissəsi azarkeşlərin xoşuna gəlmədi.

Biz başa düşməliyik ki, Çempionlar Liqasında oynamış və dünən və bu gün qələbə qazana bilməmiş çoxlu komanda var. “İnter” “Montsa” ilə oyunda (evdə 3:2), “Liverpul” “Sauthempton”la görüşdə (evdə 3:1) əziyyət çəkdi, “Bayer” məğlub oldu (“Verder”ə evdə 0:2), “Bayern” uduzdu (“Boxum”a evdə 2:3)… Belə bir oyuna hazırlaşmaq çox çətindir, xüsusilə “Rayo Valyekano” kimi bir komanda ilə oyuna. Hansı ki mübarizə aparır və yüksək tezliklə oynayır. Təkrar edirəm, birinci hissə yaxşı idi”, deyə Ançelotti vurğulayıb.

27 oyundan 57 xal toplamış “Real” İsapniya La Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Rayo Valyekano” isə 36 xalla 9-cu pillədədir.

La Liqaya 26 oyundan 57 xal toplamış “Barselona” başçılıq edir.

Seçilən
21
arena.az

1Mənbələr