“Mançester Siti”nin əsas oyunçularından biri olan Rodrinin komandaya təsiri statistik göstəricilərdə açıq şəkildə görünür.
Offsideplus.az xəbər verir ki, Qvardiolanın yetirmələri ötən gün yenidən məğlub oldular. "Notinqem Forest" səfərində ev sahibləri minimal hesablı qələbə qazandı-1:0. Bu Rodri olmadan keçən daha bir matç idi. İspaniyalı yarımmüdafiəçi meydanda olduğu vaxt komandanın nəticələri daha stabil olur, onun yoxluğunda isə “şəhərlilər” ciddi çətinliklərlə üzləşir.
Rodrinin zədədən əvvəl və sonra komandanın nəticələri bunu sübut edir:
Zədədən əvvəl – 36 oyun, 0 məğlubiyyət
Zədədən sonra – 30 oyun, 12 məğlubiyyət
Bu göstəricilər “Mançester Siti”nin Rodrisiz orta sahədə balansı və oyunun ritmini itirdiyini göstərir. Xüsusilə də müdafiəyə verdiyi dəstək və topa nəzarət komandada böyük əhəmiyyət daşıyır.
Rodrinin tam hazır vəziyyətə gəlməsi Mançester təmsilçisinin yenidən güclənməsinə səbəb ola bilər.