"Messi tarixdəki ən yaxşı oyunçudur. Onunla oyunun hər dəqiqəsini kontrol edə bilərsiniz".

Offsideplus.az xəbər verir ki, bu sözləri Türkiyə mediasına açıqlamasında "Eyüpspor"un baş məşqçisi Arda Turan bildirib.

Təcrübəli mütəxəssis argentinalı ulduzun üstünlüklərindən danışıb:

"Messi pas vermək istəsə, ən yaxşısını bacarar. Ya da topa başla zərbə endirmək istəsə, yenə də eyni vəziyyətdir. Penaltiləri, cərimə zərbələrini hamıdan ideal yerinə yetirir. Qapıçı olsaydı yəqin ki, orda da dünyanın bir nömrəsi olardı".

Qeyd edək ki, Arda Turan futbolçu karyerası zamanı Leo Messi ilə birlikdə bir müddət "Barselona"nın formasını geyinib. 38 yaşlı çalışdırıcı 2015-ci ildə 34 milyon avro qarşılığında "Atletiko Madrid"dən "Barsa"ya transfer edilmişdi.