AZ

Vəzifəyə təyin edilən klarnet ifaçısı tənqidlərə cavab verdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Dillər Universitetində (ADU) bədii rəhbər vəzifəsinə təyin edilən klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu tənqidlərə cavab verib.
Oxu.Az xəbər verir ki, klarnet ifaçısı "Teleqraf"a açıqlamasında bu sözləri deyib:
"Universitetin tələbələrlə iş və tədbirlərin təşkili üzrə şöbəsinə bədii rəhbər vəzifəsinə təyin edilmişəm.
Niyə buna görə məni tənqid edirlər? Səbəb nədir? Mən Azərbaycan Milli Konservatoriyasının magistr pilləsini də bitirmişəm.
Yaxın günlərdə isə Türkiyədə doktorantura təhsili almaq üçün sənədlərimi təqdim edəcəyəm.
ADU-nu bitirən şəxs xarici dillər üzrə mütəxəssis olur. O, musiqi sahəsindən dərs deyə bilməz.
Bunun üçün İncəsənət Universitetini və ya Asəf Zeynallı adına Musiqi Kollecini bitirmək lazımdır.
Universitetdə işim bədii və musiqi tədbirlərinin təşkilidir".
Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğluya vəzifə verilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, Azərbaycan Dillər Universitetinin bədii rəhbəri təyin olunub.
Məlumata görə, bu barədə Azərbaycan Dillər Universitetinin rektoru, professor Kamal Abdulla müvafiq əmr imzalayıb.
Seçilən
44
49
oxu.az

10Mənbələr