Böyük Britaniyanın baş naziri Kir Starmer onlayn rejimdə Ukrayna problemləri ilə bağlı yeni beynəlxalq iclas çağırmaq niyyətindədir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
“Baş nazir Lancaster House-da keçirilən zirvəyə əsaslanaraq, istəklilər koalisiyasının liderlərinin ikinci toplantısına ev sahibliyi edəcək”, – Britaniya hökumətinin sözçüsü bildirib.
Martın 2-də Londonda 18 dövlət və assosiasiyanın nümayəndələrinin iştirak etdiyi Ukraynaya yardımla bağlı ilk sammit keçirilib.