AZ

Süni intellektli tozsoran təqdim edildi - XÜSUSİYYƏTLƏRİ

Robot tozsoran bazarının aparıcı brendlərindən biri olan “Roborock” yeni nəsil P20 Ultra modelini təqdim edib. 

Valyut.az xəbər verir ki, bu cihaz əvvəlki P20 Pro modelinin təkmilləşdirilmiş versiyası kimi təqdim olunur və süni intellekt dəstəyi, yüksək sorucu gücü sistemi ilə seçilir.

“Roborock P20 Ultra”nın hündürlüyü cəmi 7,98 sm olduğu üçün mebel altlarına rahatlıqla daxil ola bilir. LDS əsaslı naviqasiya sistemi isə iki yönlü hərəkət edə bilir və açıq sahələrdə yüksələ bilir. Bu yenilənmiş LDS texnologiyası sayəsində cihazın ilişməsi və istiqamətini itirməsi minimal səviyyəyə endirilib.

22.000 Pa gücündə olan P20 Ultra toz və kirin qalmasına imkan vermir. 45 dərəcə bucaq altında yerləşdirilmiş fırçalar və silikon təmizlik bıçaqları sayəsində dərin təmizləmə təmin edilir. Eyni zamanda, yan fırçalar da robotun kənarları effektiv təmizləməsinə kömək edir.

“P20 Ultra” süni intellektlə təchiz olunub, bu isə cihazın optimal təmizləmə marşrutu qurmasını və maneələrə ilişməməsini təmin edir. Avtomatik təmizləmə funksiyası isə isti su ilə təmizləmə imkanı yaradır. Robot 30 müxtəlif su səviyyəsi seçimi və dəqiqədə 200 dövr fırlanan paspaslar sayəsində effektiv təmizləmə aparır. 99,99% sterilizasiya göstəricisi isə cihazı gigiyenaya xüsusi önəm verən istifadəçilər üçün ideal edir.

Qeyd edək ki, “Roborock P20 Ultra” iki fərqli versiyada təqdim olunacaq: 550 dollar qiyməti olan standart versiya və avtomatik su doldurma funksiyasına sahib 635 dollara olan versiyalar hesab olunur. Hal-hazırda bu model Çində satışa çıxarılıb. 

Sərvanə Rəmixanova

Seçilən
35
valyuta.az

1Mənbələr