AZ

Həyat davam edir... - Fotolar

Uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən məşhur italyan model Byanka Balti yeni fotoları ilə diqqət çəkib. 

“Qafqazinfo” xəbər verir ki, 40 yaşlı model feysbuk hesabında qatıldığı tədbirdən fotolarını paylaşıb.

Qeyd edək ki, fotomodel ötən il yumurtalıq xərçənginin III mərhələsində olduğunu açıqlamışdı. O, çətin günlər keçirməsinə baxmayaraq, həyatına əvvəlkitək davam edir, tədbirlərə, çəkilişlərə qatılır. Həmçinin sosial şəbəkə hesabında vəziyyəti ilə bağlı tez-tez paylaşımlar edir.

Byanka iki dəfə ailəli olub, hər evliliyindən bir qızı var. O, bir çox məşhur markalarla əməkdaşlıq edir. 2012-ci ildən “Dolce & Gabbana”nın simasıdır.

Sözügedən görüntüləri təqdim edirik:










Seçilən
14
qafqazinfo.az

1Mənbələr